27 Avqust, 2011
“BARSELONA” UEFA SUPERKUBOKUNU QAZANDI

İspaniyanın “Barselona” klubu UEFA Superkubokunun sahibi olub.

Avqustun 26-da keçirilən oyunda “Barselona” Portuqaliyanın “Portu” klubunu 2:0 hesabı ilə məğlub edib.

İlk qolu oyunun 39-cu dəqiqəsində Lionel Messi vurub. Seska Fabreqas isə 88-ci dəqiqədə “Portu”nu məyus edib. Bu, “Barselona”nın qazandığı dördüncü Superkubokdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!