27 Avqust, 2011
QƏDDAFİNİN DOSTU HÖKUMƏT BAŞÇISI OLMAQ İSTƏYİR

Liviyada liderlik uğrunda mübarizə başlayıb

Türkiyə mətbuatının verdiyi məlumata görə, Qəddafinin sadiq dostlarından biri olan, lakin sonralar aralarındakı münasibətlərin pozulmasına görə İtaliyaya qaçan Abdülsalam Callud da Liviyada hökumət başçısı postuna öz iddiasını irəli sürüb. Callud deyib ki, ölkəsinə dönərək müstəqil bir partiya yaradacaq: “Xalqım istəsə, ölkənin lideri də ola bilərəm”. 

Qeyd edək ki, Liviyada rəhbər vəzifəyə Milli Keçid Şurasının liderləri olan Mustafa Abdulcəlil və Mahmud Cibril daha şanslı namizəd kimi göstərilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!