27 Avqust, 2011
QARADAĞ RAYONUNUN SU PROBLEMİ HƏLL OLUNDU

Bu gün Qaradağ rayonunun Korgöz qəsəbəsində yeni çəkilmiş su kəmərinin açılışı olub

"Azərsu"dan verilən məlumata görə, açılış mərasimində Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov, “Azərsu” Açıq Səhəmdar Cəmiyyətinin (ASC) sədr müavini Köçərli Həsənov, Qaradağ rayonunun idarə və müəssisə rəhbərləri, həmçinin qəsəbə sakinləri iştrak ediblər. 

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, “Azərsu” ASC əhalinin su təchizatının yaxşılaşdırılması üçün “Təxirəsalınmaz tədbirlər planı” hazırlayıb: "Bu tədbirlər planının tərkib hissəsi olaraq Qaradağ rayonunun kənd və qəsəbələrinin su təchizat və kanalizasiya sisteminin yenidən qurulmasının layihə semeta sənədləri hazırlanıb və qısa müddətdə işlərə başlanıb. Plana uyğun olaraq iyulun ortalarında Korgöz qəsəbəsinə su çəkilişinə başlanıb. Çox qısa bir zamanda uzunluğu 4,4 km, diametri 250 mm olan plastik boru ilə su xətti çəkilib və bu gün qəsəbə camaatının istifadəsinə verildi. Bununla da qəsəbənin neçə illərdir davam edın içməli su problemi birdəfəlik həll olundu. Qəsəbənin kanalizasiya problemi isə ölkə başçısının may ayında təsdiq etdiyi “2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı”na uyğun olaraq qarşıdakı 2 ildə həll olunacaq”.

K.Həsənov onu da bildirib ki, “Təxirəsalınmaz tədbirlər planı” Qaradağ rayonun Lökbatan qəsəbəsinə diametri 530 mm, uzunluğu 8 km olan yeni su xətti çəkilib istismara verilib. Artıq Lökbatan qəsəbəsinin 80 faizi fasiləsiz davamlı su ilə təmin olunub, qalan 20 faizi də yaxın gələcəkdə təmin olunacaq.

“Azərsu” ASC-nin sədr müavininin sözlərinə görə “2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı”na uyğun olaraq Qaradağ rayonunun 14 kənd və qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin tamamilə yenidən qurulacaq. Eyni zamanda Qaradağ rayonunda 4 çirkab sutəmizləyici qurğular stansiyasının tikilib istismara verilməsi planlaşdırılır və bunlarla bağlı layihə smeta sənədlərinin işlənməsinə başlanılıb. Rayonun Sahil qəsəbəsində yerləşən təmizləyici qurğular stansiyasının rekonstruksiyasına, həm onun yeni texnoloji avadanlığla təmin olunmasına, həm də məhsuldarlığın artırılmasına dair smeta sənədləri hazırlanıb. Yaxın gələcəkdə bu işlərə başlanılacaq və 2013-cü ilin sonuna qədər bu işlər başa çatdırılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!