26 Avqust, 2011
Vergilər Nazirliyinin Tədris Mərkəzi harda olacaq?

Nazirlikdən bu barədə xəbər var

Nazirlər Kabinetindən Simsar.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”ndə “Bakı şəhərində” sözləri “Şamaxı rayonunda” sözləri ilə əvəz edilib. Həmçinin, Mərkəz rəisinin birinci müavini, təhsil və elmi tədqiqat və maliyyə-təsərrüfat sahələri üzrə rəis müavinləri və digər vəzifəli şəxslərin Mərkəz rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təyin olunacağı qeyd olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!