26 Avqust, 2011
Baş nazir sürücülərin cəzasını yüngülləşdirdi

Onlar yalnız bir bal üzrə cərimə olunacaq

Nazirlər Kabinetindən Simsar.az-a verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na bəzi bəndlər əlavə edilib. Belə ki, bundan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində, nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin ediləcək.

Həmçinin, şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!