26 Avqust, 2011
Messi yenə ən yaxşı oldu

Əfsanə növbəti əfsanə yaratdı

Fransanın Monako şəhərində keçirilən Çempionlar Liqasının püşkatmasından sonra Avropada "ilin ən yaxşı futbolçusu"nun adı açıqlanıb.

Simsar.az-ın verdiyi xəbərə görə, "Barselona"nın argentinalı ulduzu Lionel Messi bütün rəqiblərini qabaqlayaraq fəxri mükafata sahib çıxıb. Bu mübarizədə komanda yoldaşı Xavi Ernandes və "Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonu qabaqlayan Messi "ilin ən yaxşı futbolçusu" mükafatını UEFA prezidenti Mişel Platinidən alıb.

Messi mükafatı alıdıqdan sonra deyib: "Bu mükafatı qazandığım üçün çox xoşbəxtəm. Hər bir futbolçu kimi mən də həmişə yüksəlmək istəyirəm. Əsas məqsədim də elə budur. Komandada mehriban atmosferin olması bizə əlavə güc verir. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm"

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!