25 Avqust, 2011
İranın Suriyaya yardımı Avropa Birliyini qəzəbləndirib

Sarkozu "Qüds ordusu"na embarqonun qoyulması təklifilə çıxış edib

Avropa Birliyi İrandaki inqlab mühafizlərindən təşkil olunan “Qüds gücünə” embarqonun tətbiqi barədə qərar verib.

Simsar.az xəbər verir ki, buna səbəb təşkilatın Suriya dövlət başçısı Bəşər Əsədə aksiyaların qarşısının alınmasında verdiyi dəstəkdir. 

Avropa Birliyinin rəsmi bülletenində bu barədə qeyd olunub ki, “Qüdüs gücü” Suriyada dinc nümayişləri dağıtmaq üçün Suriyanın təhlükəsizlik qüvvələrinə texniki yardım və dəstək verib. Avropa Birliyi başqa ölkəyə səyahət etmək qadağası tətbiq etdiyi Suriya rəsmilərinin sayını 50-yə yüksəldib, 5 qurumun isə hesabları dondurulub.

Bu arada Fransa prezidenti Nikola Sarkozi Suriya xalqının da demokratiya haqqının olduğunu bildirib. Buna baxmayaraq prezident beynəlxalq qərar olmadan Fransanın Suriyaya hərbi müdaxilə etməyəcəyini deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!