25 Avqust, 2011
Dik Çeyni vaxtilə Buşa Suriyanı bombala deyib

O, Suriyaya qarşı hərbi əməliyyatları müdafiə edir

Yazdığı kitabının reklam işlərinə başlayan Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Dik Çeyni, bu ölkənin keşmiş prezidenti Corc Buşa Suriyadakı nüvə stansiyasını bombalamağı təklif edib.

Simsar.az saytının haber7.com-a istinadən verdiyi xəbərə görə,
Dik Çeyni 2007-ci ildə Buşa Suriyadakı şübhəli nüvə stansiyasını bombala tövsiyəsini dinləmədiyini söyləyib.

“New York Times” qəzetində yazılan xəbərində bildirilir ki, Çeyninin bu yaxınlarda nəşr olunacaq avtobiyoqrafiyasında, Suriyaya qarşı hərbi əməliyyatların tənzimləməsi fikirini müdafiə edən yazılar yer alacaq. Həmçinin kitabda onun bu mövzuda "tək səs" olduğu, digər məsləhətçilərin isə İraq işğalından əvvəl "əldə edilən pis kəşfiyyat" səbəbləri də yazdığı bildirilir.

Bəhs edilən nüvə stansiyası isə daha sonra 2007-ci ildə İsrail tərəfindən bombalanıb.

Çeyninin kitabında həmçinin keçmiş Xarici İşlər Naziri Colin Powellın Buşun hakimiyyətdə olduğu vaxtlarda ayağının altını qazdığını sandığı fikirlər də yer alıb.

Dik Çeyninin "In My Time: A Personal and Political Memoir" adlı kitabı gələcək həftə işıq üzü görəcək.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!