25 Avqust, 2011
TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Bu gün səhər Türkiyənin Kütahya şəhərinin Hisarcık dairəsində 4,3 bal gücündə zəlzələ baş verib

Bu barədə CNN Türk xəbər yayıb. Zəlzələ nəticəsində ziyan çəkən olmayıb.

Mayda da bu şəhərdə zəlzələ olmuşdu. Həmin vaxt onun maqnitudası 5,7 bal təşkil etmişdu. Nəticədə 120-dən artıq adam yaralanmış, 4 nəfər həlak olmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!