25 Avqust, 2011
PKK Türkiyədə əsgər dolu avtobusu partladıb

10 yaralı var

Türkiyənin Hakkari vilayətində əsgərləri daşıyan bir avtobusa hücum olub.

Simsar.az-ın məlumatına görə, avtobusun keçən zaman yaxınlıqda bomba partlayıb. Hadisə nəticəsində 10 əsgərin yaralandığı bildirilir.

Partlayışın ardından avtobus tamamilə yararsız hala düşüb. Hadisədən sonra bölgədə əməliyyatlar sürətləndirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!