24 Avqust, 2011
YENİ KÖÇKÜN QƏSƏBƏSİNDƏ AVTOMOBİL KÖRPÜSÜ UÇUB

Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivindəki körpü çöküb

600-ə yaxın evi əhatə edən qəsəbəni iki hissəyə ayıran dərə üzərində qurulmuş körpünün bir hissəsi uçub. 

Qəsəbənin bir hissəsini magistral avtomobil şosesi ilə birləşdirən yol körpünün üzərindən keçdiyinə görə, avtomobil sahibləri yol ötürücüsünün dağılmamış hissəsindən istifadə etməyə məcburdurlar.

Körpünün yerləşdiyi qəsəbədəki bütün evlər və infrastruktur ötən ilin sonlarına yaxın istismara verilib. Qəsəbə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa olunub və təxminən 1000-ə yaxın ailənin istifadəsinə verilib.

İş gününün sonu olduğundan məsələyə rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!