23 Avqust, 2011
HAVA KƏSKİN DƏYİŞƏCƏK

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıqla çıxış edib

AzərTAc-ın verdiyi məlumata görə, avqustun 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Avqustun 29-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi rayonlarda lokal leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!