23 Avqust, 2011
500 ildir oxuna bilməyən kitab

240 səhifəlik kitabda nə yazıldığını bu günə qədər bilən yoxdur

Elə kitablar var ki, onları oxumaq çətindir. Kitabın həddindən artıq qədimliyi, yazı üslubu, istifadə olunan terminlər və s. Faktorlar kitabların oxunmasını çətinləşdirir.

Dünyada elə kitablar var ki, 500 ilə yaxındır oxuna bilmir. Bəli, düz 500 il. Dünyanın ən tanınmış din alimləri, sehrbazları və kriptoloqları 500 illik kitabı oxuya bilməyiblər.

Simsar.az-ın məlumatına görə, “MS 408” adlı kitab Türkiyənin Yale Universitetinin araşdırmaları da ciddi nəticə verməyib. Universitetin araşdırmaçıları “MS 408” kitabının 15-16-cı əsrə aid olduğunu və Bohemya padşahı İkinci Rudolfa məxsusluğunu üzə çıxarıblar.


Qeyd edilidiyi kimi, kitabla hər kəs maraqlanır. Amma bu günə qədər onun bir səhifəsini oxuyub başa düşən olmayıb. Uzun illər Avropanın görkəmli saraylarını, evlərini gəzən kitab Polşa əsilli kitabçı Vilfrid M. Voynich tərəfindən 1912-ci ildə Yale Universitetinə bağışlanıb.

Universitetin müəllimləri və 2-ci Dünya Müharibəsinin kriptoqramları 240 səhifəlik kitabı oxuya bilməyiblər.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!