22 Avqust, 2011
MTRŞ 2 TELERADİO QURUMUNUN LİSENZİYASINI UZADIB

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib

MTRŞ-dan verilən məlumata görə, iclasda “AG” Telekom MMC-nin kabel şəbəkəsi yayımı üçün və “Faraon-1” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “AG” Telekom MMC-nin kabel şəbəkəsi yayımı üçün və “Faraon-1” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!