22 Avqust, 2011
Qaçqınlar prezidentə müraciət etdi

Qaradağlı sakinləri qazsızlıqdan şikayət edirlər

Goranboy rayonunun Qaradağlı kəndində məskunlaşan qaçqınlar yaşadıqları məntəqənin qazlaşdırılması ilə bağlı ölkə başçısına müraciət ünvanlayıblar.

Müraciətin bir nüsxəsi də, Simsar.az-a daxil olub.

Qaçqınlar müraciətdə yaşadıqları məhəllənin 20 ildən artıqdır mavi yanacaqla təmin olunmamadığnı bildirirlər: “Kəndə qaz verilsə də, bizim küçə bu xöşbəxtlikdən məhrumdular. Uzunluğu 800 metrə yaxın olan küçənin 200 metrə kimi olan ərazisindəki mənzillərə qaz xətti çəkilib. 26 mənzilə isə qaz xətti çəkilməyib. Biz bu problemlə bağlı Goranboy Rayon Qaz-İstismar İdarəsinə həm şifahi, həm də yazılı şəkildə dəfələrlə müraciət etmişik. Hətta bütün yaşayış məntəqələrinin dövlət tərəfindən pulsuz qazla təchiz olunduğunu bilə-bilə adıçəkilən idarədə təklif etmişik ki, bu işi görəcək mühəndis və fəhlələrə mal-materialların alınmasında, müvafiq işlərin görülməsində yardımçı da ola bilərik. Təəssüflər olsun ki, biz sakinlərin müraciətinə və problemin həlli üçün etdiyimiz təkliflərə məhəl qoyan yoxdur”.

Şikayətçilər dövlət başçısından problemlərinin həllində köməklik göstərməsini xahiş edirlər.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!