22 Avqust, 2011
“Muhteşem Yüzyıl”-ın baş qəhrəmanı xəstəxanalıq oldu -YENILƏNİB

“Pargalı İbrahim Paşa” rolundakı Okan Yalabıkın sümüyünün sındığı bildirilir

“Pargalı İbrahim Paşa” rolundakı Okan Yalabıkın sümüyünün sındığı deyil, əzildiyi məlum olub.

Türkiyənin Ədirnə şəhərində çəkilişləri aparılan “Muhteşem Yüzyıl” filminin yeni mövsüm üçün çəkilən döyüş sənələrində atdan yıxılan “Pargalı İbrahim Paşa” rolundakı Okan Yalabık bu gün ambulansla xəstəxanaya qaldırılıb.

Yayılan ilk məlumatda onun bel sümüyünün sındığı bildirilirdi. Son məlumatda isə aktyorun belinin əzildiyi aşkar olunub.

Müalicə davam etdirilir.

Türkiyənin Ədirnə şəhərində çəkilişləri aparılan “Muhteşem Yüzyıl” filminin yeni mövsüm üçün çəkilən döyüş sənələrində atdan düşən “Pargalı İbrahim Paşa” rolundakı Okan Yalabık ambulansla xəstəxanaya qaldırılıb.

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, Osmanlı İmperatorluğunda Qanuni Sultan Süleymanın dönəmindən bəhs edən “Muhteşem Yüzyıl” dizisi yeni mövsümünə Ədirnədə də başlayıb.

Döyüş səhnəsində atın üzərindən düşən “Pargalı İbrahim Paşa” rolundakı Okan Yalabık bel sütununda sümük qırığının olması güman edilərək yaxınlıqdakı xəstəxanaya aparılıb. Onun müayinə və müalicəsi davam etdirilir.



RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!