22 Avqust, 2011
ANKARA QƏDDAFİNİ DEVİRDİ

Səfirliyin üzərindən Liviya bayrağı endirildi

Müxalifət qüvvələrinin paytaxt Tripoliyə girməsindən sonra Liviyanın Ankaradakı səfirlik binasındakı bayraq endirilib.

Simsar.az "Habertürk"ə istinadən xəbər verir ki, Liviyada 6 aydır davam edən vətəndaş müharibəsində sona yaxınlaşarkən Liviyanın Ankaradakı səfirlik binasında hərəkətli saatlar yaşanır. Belə ki, dünən müxalifət qüvvələrinin paytaxt Tripoliyə girməsindən sonra bu gün səhər Ankaradakı səfirlik binasına gələn səfirlik işçilərinin ilk işi Qəddafi hökumətini təmsil edən bayrağı dirəkdən endirmək olub. Bir müddət boş qalan dirəyə Liviyadakı Milli Keçid Şuranın, yəni müxalifətin bayrağı sancılıb. Bayraq dəyişikliyi prosesində səfirlik işçiləri arasında kiçik mübahisə yaransa da, yeni bayraq sancılandan sonra səfirlikdə bayram ab-havası yaşanıb.

Zəfər marşlarının çalındığı səfirliyə gələn liviyalılar, əllərindəki yeni bayraqlarla bayrama çevrilən hadisəni qeyd ediblər. Bununla əlaqədar açıqlama vermək istəyən səfirə bayrağı dəyişdirənlər mane olublar. Bayrama çevrilən dəyişiklik zamanı Qəddafinin plakatları yandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!