21 Avqust, 2011
ÖLKƏ ƏRAZİSİNDƏ TEMPERATUR DƏYİŞƏCƏK

Azərbaycan ərazisində bazar ertəsi havanın temperaturı gismən enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü günü bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-24, gündüz 29-32 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 22-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dağliq ərazilərdə dolu düşəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!