20 Avqust, 2011
“Super HD” ekranları ilə mobil telefonlar

Əməliyyat sistemi kimi “Android Gingerbread” və “Android İce Cream Sandwich” platformaları tətbiq ediləcək.

“Google Android” seqmentində lider mövqeləri tutan “Samsung”, “LG”, “Motorola” və “HTC” şirkətləri ilin sonunda yüksək kəskinlikli “HD” (1280 x 720 nöqtə) ekranları ilə olan telefonlar satışa çıxaracaqlar. “Samsung”un Koreya smartfonlarında “Super AMOLED HD” tipli panellər tətbiq ediləcəklər. Onlar “Super AMOLED Plus”-u əvəz edəcəklər.

“Super AMOLED HD” ekranları ilə ilk aparatlar “I9220” və “I9250” smartfonları olacaqlar. Onlar 2 nüvəli prosessor, 8 və 5 meqapikselli kamera ilə təchiz olunacaqlar. Əməliyyat sistemi kimi “Android Gingerbread” və “Android İce Cream Sandwich” platformaları tətbiq ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!