19 Avqust, 2011
BAKININ BİR SIRA MƏRKƏZİ YOLLARI TƏMİRƏ BAĞLANIR

Sabahdan etibarən Bakının bir sıra mərkəzi yolları təmirə bağlanacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, paytaxt meri Hacıbala Abutalıbovun göstərişi ilə İstiqlaliyyət küçəsi, Azərbaycan Prospektindən Gənclik meydanı istiqamətində və Qoşa Qala qapısı ətrafındakı yollar əsaslı təmirə bağlanacaq.

Odur ki, sürücülərdən nativ yollardan istifadə etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!