19 Avqust, 2011
Siyavuş Aslan xəstəxanadan çıxdı

Nitqində problem yoxdur, özünü normal hiss edir...

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Siyavuş Aslan bu gün 1 saylı Şəhər Xəstəxanasından evə buraxılıb. Bu barədə Simsar.az-a xəstəxananın baş həkimi Tərlan Bəbirov məlumat verib. 

O bildirib ki, aktyorun vəziyyəti qənaətbəxşdir. Ağır yerisə də, nitqində problem yoxdur və özünü normal hiss edir.

Xatırladaq ki, səhhəti pisləşən Siyavuş Aslan avqustun 3-ü axşam saatlarında 4 saylı Şəhər Xəstəxanasına aparılmış, səhəri gün isə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Aktyora kəskin beyin qan dövranının pozulması diaqnozu qoyulmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!