19 Avqust, 2011
Paytaxtın su ilə təminində yaranan problem bu gün aradan qalxacaq

Yaşanan probleb boruların köhnə olmasında idi

Bakının bəzi rayonlarına normal rejimdə su verilməsi ya cümə günü axşam, ya da şənbə günü səhər bərpa olunacaq. Simsar.az-ın məlumatına görə, bu barədə "Azərsu" ASC dövlət şirkətindən məlumat verilib.

"Bakının su ilə təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində son üç gün ərzində şəhərdə köhnə boruların dəyişdirilməsi üzrə işlər, Zığ nasos stansiyasında işlər və digərləri yerinə yetirilir. Bununla əlaqədar paytaxtın bəzi rayonlarına suyun verilməsi fasilələrlə həyata keçirilir", - ölkənin su operatorundan deyiblər.

Su təchizatı ilə bağlı problemlər Yasamal, Səbail, Nəsimi, Nizami, Binəqədi, Nərimanov rayonlarında da müşahidə olunub.

"Bu gün biz sınaq iş rejiminə keçirik. Bu gündən və ya sabahdan biz normal rejimdə işləməyə başlayacağıq", - "Azərsu"dan bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!