19 Avqust, 2011
HP-DƏN ŞOK QƏRAR!

Korporasiya kimsənin gözləmədiyi addımı atır.

"Techno Crunch" bildirir ki, ABŞ-ın "Hewlett Packard" korporasiyası kompüter, o cümlədən planşet qurğular və smartfonların istehsalını dayandırmaq, bütün diqqəti proqram təminatı buraxılışına yönəltmək niyyətindədir.

Korporasiya yeni strategiyası çərçivəsində Britaniyanın "Autonomy" şirkətini satın alır. İnformasiyanın sistemləşdirilməsi və axtarışı üçün proqramlar hazırlayan bu şirkət üçün 10,3 milyard dollar ödənəcək.

Eyni zamanda "Hewlett Packard" korporasiyası "webOS" əməliyyat sisteminin iistehsalını da dayandırır.

Xatırladaq ki, İBM korporasiyası da son 10 il ərzində tədricən kompüter istehsalını dayandırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!