19 Avqust, 2011
Terrorla mübarizədə Azərbaycan öndədir

ABŞ Dövlət Departamenti ölkəmizin fəaliyyətini yüksək qiymətləndirir

Azərbaycan Qafqaz vasitəsilə adam,silah və pul göndərilməsinə cəhd edən terrorçu təşkilatlara qarşı fəal çıxış edir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin örən il üzrə dünya ölkələrində terrorizmlə bağlı cümə axşamı dərc olunmuş hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, ölkələr səyləri fəallaşdırıblar və terror vasitəçilərinin iştirakının azalmasında və onların fəaliyyəti üçün maneələrin yaradılmasında müəyyən uğurlara nail olublar.

Azərbaycanın hüquq-mühafizə orqanları terrorçu qruplarla və onların ölkədə işləyən vasitəçiləri ilə mübarizədə tədbirlərin görülməsini davam etdirir. 2009-cu ilin oktyabrında Azərbaycan məhkəməsi iki Livan vətəndaşının - Əli Məhəmməd Kərakinin və Əli Hüseyn Nəcməddinin 15 il və onların azərbaycanlı silahdaşlarının iki ildən 14 ilədək müddətə müxtəlif müddətlərə azadlıqdan məhrum olunmaları üzrə qərar çıxarıb. DD-nin hesabatında deyilir ki, məhkəmə qrupun İsrail səfirliyinə hücum planlaşdırdığını müəyyən edib. İstintaq göstərib ki, Kəraki və Hüseyn "Hizbulla" hərəkatı və İrandan olan şəxslərlə əlaqədə olublar.

Azərbaycan hökuməti çirkli pulların yuyulıması ilə mübarfizə haqqında qanun üzərində işləyir və antiterror xidmətinin maliyyələşdirilməsini davam etdirir və Maliyyə araşdırmaları şöbəsini yaradıb. Oktyabrda Mərkəzi Bank Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə üzrə BMT, Maliyyə tədbirləri üzrə Məqsəd qrupunun və digər beynəlxalq təşkilat və konvensiyaların standartlarına uyğun Fəaliyyət planı hazırlayıb.

Hesabatda deyilir ki, bundan əlavə Azərbaycan bu planı Avropa Şurasının çirkli pullarla mübarizənin qiymətləndirilməsi Komitəsinin ekspertlərinə təqdim edib.

Azərbaycan terrorizmlə əlaqəsi mümkün ola biləcək qrupların aşkara çıxarılmasını davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!