19 Avqust, 2011
ƏRDOĞAN SOMALİYƏ GEDİB

Ərdoğanı müşayiət edən təyyarə Somalidə təhlükə ilə üzləşib

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Somaliyə gedib. Rəcəb Təyyib Ərdoğanı bu səfərdə müşayiət edəcək nümayəndə heyətini aparan təyyarə Moqadişo hava limanında yerə enərkən böyük bir təhlükə ilə üzləşib. Türk hava yollarına məxsus təyyarə uçuş-enmə zolağının çox qısa olması ilə əlaqədar yerə enməyə çalışarkən onun sağ qanadı yerə sürtülüb. Türkiyə nümayəndə heyətini Somaliyə gətirən həmin təyyarənin qanadı zədələndiyindən geri dönmək üçün başqa bir təyyarə lazım gələcək.

Qeyd edək ki, Somaliyə uçan təyyarənin göyərtəsində Türkiyə rəsmiləri və iş adamları ilə yanaşı, Ajda Pekkan, Sertab Erener, Muazzez Ersoy, Nihat Doğan kimi sənətçilər də var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!