18 Avqust, 2011
BAKI BULVARI DÖVLƏT BAYRAĞI MEYDANINADƏK UZADILACAQ

"Eurovision"ın açılışınadək Bakı Bulvarı Dövlət Bayrağı meydanınadək uzadılacaq

Bakı sahilyanı bulvarının Dövlət Bayrağı meydanı tərəfə genişləndirilməsinin Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində başa çatdırılması planlaşdırılır. Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

"Eurovision-2012"-nin keçirilməsindən asılı olmayaraq, bulvarın Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanınadək uzadılması gələn ilin martında başa çatmalıdır. Müsabiqə başlayanadək işlərin tamamlanması qonaqlara genişləndirilmiş dənizkənarı parkda gəzmək imkanı verəcək", - idarənin direktor müavini Nazim Məcidov bildirib.

Bulvarın genişləndirilməsi son iki ildə aparılır. Gələcəkdə o Zığ qəsəbəsinədək uzanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!