18 Avqust, 2011
Bayılda torpaq sürüşdü

Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar

Bayıl yamacında aktivləşən sürüşmə təhlükəsi ilə əlaqədar bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, Bayıldan Şəhidlər Xiyabanına gedən yol ərazidəki təhlükəli vəziyyət aradan qaldırılanadək bağlı qalacaq.

Qeyd edək ki, bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Təhlükə zonası “Əbədi məşəl” kompleksinin yaxınlığından “Gülüstan” sarayına doğru uzanan ərazini əhatə edir. Ərazidə kiçik çatlar əmələ gəlib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar. Hazırda baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov da hadisə yerindədir. Ərazidə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!