18 Avqust, 2011
Bakıda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 18-nə olan hava haqqında məlumatı açıqlayıb.

Simsar.az-ın nazirliyin sayına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə avqustun 18-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.


Qeyd edək ki, yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!