17 Avqust, 2011
YEVLAX MƏSCİDİNİN İMAMI HƏBSİNDƏN DANIŞDI – EKSKULİZİV

Ramin Quliyev: “Bizi Ramazan ayı ilə bağlı buraxılan təqvimə görə saxlayıblar”

Dünən Yevlax polisi tərəfindən saxlanılan rayon Cümə məscidinin imam-camaatı Hacı Ramin Quliyev və Yevlax ruhanisi Samir Məmmədov sərbəst buraxılıb.

Bu barədə Simsar.az-a ekskuliziv olaraq R.Quliyev məlumat verib. R.Quliyev bildirib ki, onu Ramazan ayı ilə bağlı buraxılan təqvimə görə saxlayıblar: “Təqvimdə həbs edilən dindarlara azadlıq şüarları qeyd olunub və onların şəkilləri dərc edilib. Polis bölməsində elə bilirdilər ki, həmin təqvimi biz hazırlamışıq. Amma həmin təqvimi Bakıda hazırlayıblar. Səhv etmirəmsə, təqvimi İslamazeri.az saytının baş redaktoru hazırlayıb və o da hazırda həbsdədir”.

Məscidin imamı qeyd edib ki, bir neçə saatlıq sorğu-sualdan sonra onları sərbəst buraxıblar.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!