16 Avqust, 2011
Yevlax Cümə məscidinin imamı saxlanılıb

Səbəb bəlli deyil

Yevlax Cümə məscidinin imam-camaatı Hacı Ramin Quliyev və Yevlax ruhanisi Samir Məmmədov bu gün saat 10 radələrində polis tərəfindən saxlanılıb. Bu barədə Simsar.az İslamazeri internet qəzetinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, polislər Ramin Quliyevi və Samir Məmmədovu polis bölməsinə aparıblar. Lakin onların saxlanılması haqda heç bir məlumat verilmir. Hazırda polis bölməsinin qarşısında çox sayda inanclı insan toplaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!