16 Avqust, 2011
Hava sərinləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 16-na gözlənilən hava şəraitini açıqlayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə avqustun 16-da hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.


Qeyd edək ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin davam etməsi və temperaturun tədricən enərək iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!