15 Avqust, 2011
YAŞAR NURİ YENİDƏN XƏSTƏXANAYA DÜŞDÜ

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nurinin səhhətində yenidən problem yaranıb.

Yaşar Nurinin özünün verdiyi məlumata görə, problem onun ağciyəri ilə bağlı olub: “Ağciyərimdə soyuqlama vardı. Ona görə xəstəxanada idi. Təzəcə evə qayıtmışam. Şükür, indi özümü yaxşı hiss edirəm”.

60 illik yubileyinin qeyd olunmasına gəlincə, sənətkar bildirib ki, yubiley tədbiri oktyabrın 5-də Akademik Milli Dram Teatrında keçiriləcək.

Qeyd edək ki, sentyabrın 3-də Yaşar Nurinin 60 yaşı tamam olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!