15 Avqust, 2011
DİN MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi Gəncədə baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Avqustun 15-i saat 02.30 radələrində, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Eldəniz Məmmədov əməliyyat qrupunda olarkən üstündə olan xidməti tabel silahı ilə ehtiyatsız davranıb və bu zaman açılan bir atəş nəticəsində Gəncə şəhər sakini Rövşən Məmmədov sol qolunun dirsək nahiyəsindən, polis serjantı Maarif Ələsgər isə sağ budundan xəsarət alıb. Hər iki yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. R. Məmmədov ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, M. Ələsgərovun isə vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!