15 Avqust, 2011
TÜRK ƏSKƏRLƏRİ İRANA KEÇDİ

İki ölkə PKK-ya qarşı birgə əməliyyat aparır

İranın PKK terror təşkilatına qarşı apardığı hərbi əməliyyatlarla bağlı terrorçulara yaxınlığı ilə seçilən “Fırat Haber Ajansı’ fərqli iddia ortaya qoyub.  
Simsar.az “Vatan” qəzetinə istinadən bildirir ki, agentlik əməliyyatların İran və Türkiyə ilə birlikdə həyata keçirildiyini yazıb.
500 türk əskəri İranın Urmiya vilayətinə keçib. Türk əsgərləri İran sərhəddinə yaxın olan hərbi hissədə yerləşir.

İranın 2010-cu ildə apardığı əməliyyatlar zamanı onlarla terrorçu öldürüldü. Bir neçəsi isə İnqilab Keşikçiləri tərəfindən saxlanıldı.
Bu günə qədər İranda PKK terrorçusu edam edilib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!