13 Avqust, 2011
Əsgərimiz yaralandı

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, hadisə avqustun 12-də qeydə alınıb. Ermənilərin Azərbaycanın Göygöl rayonu istiqamətində açdığı atəş əsgər Mirzəyev Kamil Elbəyi oğluna dəyib. 2010-cu ilin oktyabr ayında Masallı Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü əsgər qolundan yaralanıb.

Onun vəziyyəti normallaşıb, həyatı üçün təhlükə yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!