13 Avqust, 2011
AZƏRBAYCAN ƏHALİSİ GÜCLÜ METEORİT YAĞIŞINI GÖRƏ BİLƏCƏK

Hər il avqustda Yerə "ulduz yağışı" yağır.

Bu il Yer kürəsinin əhalisi Perseida adlanan meteor axınını avqustun 17-dən 24-dək müşahidə edə biləcək. Ancaq bu hadisənin pik nöqtəsi avqustun 13-nə, Bakı vaxtı ilə saat 11:00-a təsadüf edib. Bu vaxt Azərbaycanda gündüz olduğundan belə bir hadisəni adi gözlə görmək mümkün deyil. Belə xoşbəxtlik yalnız Amerikada yaşayanlara qismət olub.

Amma ruhdan düşmək də olmaz. Perseidanı Azərbaycanda avqustun 13-dən 14-ə keçən gecə müşahidə etmək mümkün olacaq. Meteor axını bu gecə də intensivliyini qoruyacaq.

Perseidanı izləmək üçün ən yaxşı məkan isə şəhər ətrafıdır. Orada meqapolisin işıqları bu gözəlliyə baxmağa mane olmur. Perseida zamanı bir neçə dəqiqə ərzində onlarla "uçan" ulduz görmək olur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!