13 Avqust, 2011
TUSİAB SOMALİYƏ YARDIMA ÇAĞIRDI

TUSİAB “Ramada” otelində iftar süfrəsi açıb. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıçın da iştirak etdiyi mərasimdə Somalidə yaşanan insanlıq faciəsi əsas müzakirə mövzusu olub.

Çoxlu iş adamının, tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə TUSIAB-ın İdarə Heyətinin Sədri Murat Bakır bildirib ki, Somalidə hər gün onlarla uşaq aclıqdan dünyasını dəyişir. Hazırda dünyanın bir sıra ölkələrindən Somaliyə yardımlar olunmaqdadır. Hər zaman olduğu kimi Anadolu insanı bu ağır günlərdə onlara yardım kampaniyası göstərir. Və bu məqsədlə 50 milyondan çox nağd pul toplanılıb: “Biz də bu Ramazan günlərində Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə Somalıyə yardım göndərmək məqsədi ilə yardım kampaniyası keçriməyi qərarı aldıq və bu məqsədlə bank hesabı açdıq. Kampaniya avqustun 30-dək davam edəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!