13 Avqust, 2011
Azərbaycan və Pakistan arasında hava reysi bərpa oluna bilər

Biznesmenlər üçün Pakistan tərəfindən viza çox sadədir və onlara heç bir problem yaradılmır.

Simsar.Az-ın verdiyi xəbərə görə, bu barədə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarin bildirib.

Onun sözlərinə görə, istənilən azərbaycanlı orada biznes qura bilər.

Səfir ölkələr arasında birbaşa hava reysinin bərpasına da toxunub. Və bildirib ki, bu, sırf texniki məsələdir.

“İki ölkənin hava yolları arasında gedən proseslər nəticəsində məsələ həllini tapacaq və yəqin ki, yaxın müddətdə bu baş verəcək. Hər iki tərəf buna hazırdır, sadəcə olaraq texniki məsələlər var, yəni hava yolları arasında anlaşma əldə olunmalıdır. Prinsipcə, məsələ razılaşdırılıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!