13 Avqust, 2011
8 ayda 44 min iş yeri açılıb

Onun 32,5 mini daimidir

Dövlət Statistika Komitəsindən Simsar.az-ın verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkədə 43,8 min yeni, o cümlədən 32,5 min daimi iş yeri açılıb. 

Ümumilikdə isə 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyulun 1-dək olan dövrdə ölkədə 956,7 min, o cümlədən 687,3 min daimi iş yerləri yaradılıb.

«Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 78,8%-i regionlarda, 87,4%-i qeyri-dövlət sektorunda açılıb», - deyə Komitədən bilidirilb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!