13 Avqust, 2011
AVTOVAGZALDA DAHA BİR DƏYİŞİKLİK

Mikravtobusların yığışdırılması prosesi ilin sonunadək başa çatacaq

Mikroavtobuslar rayonlararası yollardan da yığışdırılır. 

Paytaxtdan bölgələrə sərnişin daşıyan kiçik tutumlu avtobuslar avtovağzala buraxılmayacaq. Kiçik tutumlu avtobuslar iri tutumluları ilə əvəz olunacaq.

Ağdaş, Siyəzən, Massalı və Cəlillabada hərəkət edən mikroaavtobuslar ilin sonunadək xəttdən yığışdırılacaq.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan bir çox rayonlara hərəkət edən mikroavtobuslar artıq xəttdən çıxarılıb. Gəncə və qərb rayonlarına gedənlər artıq yığışdırılıb, yerinə böyük avtobuslar yerləşdirilib.

Avtovağzal rəsmiləri bildirir ki, bu addım həm sürücülərin, həm də sərnişinlərin rahatlığı üçün atılıb.

Mikroavtobusların iri tutumlu avtobuslarla əvəz olunması barədə əvvəlcədən sürücülərə xəbərdarlıq edilib. Sürücülər arasında yeni qərara etiraz edənlərlə yanaşı müsbət qiymətləndirənlər də var

Rayonlararası sərnişin daşımaqla məşğul olmaq istəyənlər artıq yalnız böyük avtobuslardan istifadə edə bilər. Yeni avtobusların yüksək standartlarda olmasına da diqqət yetilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!