12 Avqust, 2011
TÜRKİYƏ AZƏRBAYCAN VƏ RUSİYADAN QAZ İDXALINI ARTIRIB

İrandan gedən qaz kəmərinin Türkiyədən keçən hissəsində baş verən partlayışla əlaqədar Türkiyə Azərbaycan və Rusiyadan qaz alışını artırıb.

Bu barədə Türkiyə Energetika Nazirliyindən deyilib.

Nazirlikdən qaz alışının artırılmış həcmi açıqlanmayıb.

Partlayış Türkiyənin Ağrı vilayətində baş verib. Boru kəməri ilə qaz nəqli təmir işləri aparıldıqdan sonra bərpa olunacaq. Buna bir həftəyə yaxın vaxt lazım olacaq.

Azərbaycandan Türkiyəyə qaz tədarükü Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!