12 Avqust, 2011
Ayaz Mütəllibov Heydər Əliyevim qəbrini ziyarət edib

Məlumatı Sosial Demokrat Partiyasının sədri təsdiqləyib

“Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib.

Mütəllibov qeyd edib ki, oğlu Azadın vəfatı ilə əlaqədar Bakıya döndükdən sonra prezident Heydər Əliyevin və həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib: “Oğlum Azadın vəfatı ilə ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən, ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim. Onun mücəssəməsi qarşısında durduqda bir an ərzində, Heydər Əliyev rəhbərliyi altında istehsalat birliyinin baş direktoru vəzifəsindən, nazir, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSRİ Ali Sovetinin deputatınadək keçdiyim yol gözümün qarşısında canlandı. Bütün vəzifələrdə mən ulu öndərin mənə göstərdiyi etimadı doğrultmaq üçün bütün gücüm və savadımla çalışırdım. Çünki Heydər Əliyev bütün Sovet İttifaqında durğunluq illəri olmasına baxmayaraq, Azərbaycanı inkişaf etdirir və ölkənin xoşbəxt gələcəyini görürdü. Elə buna görədir ki, Azərbaycan müstəqil olduqdan sonra böyük iqtisadi çətinliklər çəkmədi. Azərbaycanın bu gününü görərkən isə hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir və Azərbaycan inkişaf edir, irəliləyir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!