12 Avqust, 2011
FƏNƏR NİANQIN NATİVİNİ TAPDI

Fənərbaxça komandadan ayrılacağı gözlənilən ulduz futbolçu Mamadu Nianqın nativini artıq tapıb.

Fənərbaxçanın keçən mövsüm Marsel klubundan transfer etdiyi ulduz futbolçu Mamadu Nianqın kluban ayrılmaq istədiyini sizlərə xəbər vermişdik. Fənərbaxça rəhbərliyi futbolçunun klubdan gedəcəyi təqdirdə, onun boşluğunu doldurmaq üçün axtarışlara başlayıb. Verilən son məlumata görə, klub rəhbərliyi Nianqın nativini yenə də Fransa da tapıb.

Fənərbaxça keçən mövsümün çempionu olan Lill klubunun seneqallı futbolçusu Moussa Sov ilə yaxından maraqlanmaqdadır. Klub rəhbərliyi artıq transfer fəaliyyətlərinə də başlayıb. Sov ilə Fənərbaxça ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən və Qatardan da ciddi təkliflər gəlib. Xatırladaq ki, Moussa Sov keçən mövsüm Lillin heyətində meydana çıxdığı 36 oyunda 25 qola imza ataraq çoxlarının diqqət mərkəzinə düşmüşdü.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!