12 Avqust, 2011
BAŞ REDAKTORUN EVİNDƏN SİLAH, CİBİNDƏN İSƏ NARKOTİK TAPILIB

İslamazeri.az saytının baş redaktorunun vəkili isə isttihamlarla razılaşmır

İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov dünən saat 15:30 radələrində 4 mülkü geyimli tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Bu barədə baş redaktorun rəhbərlik etdiyi saytda məlumat verilib. Məlumatda bildirilir ki, onu “Nizami” metrostansiyasının yaxınlığından aparıblar.


Ramin Bayramovun vəkili Elçin Namazov müvəkkili ilə bağlı olayları rəsmi olaraq danışıb: “Dünən islam-azeri.az intermet qəzetinin baş redaktoru Ramin Bayramov həbs olunub. Onu günorta saatlarında MTN-nin 2-ci bölməsinin əməkdaşları “oğurlayaraq” MTN-nin binasına aparıblar. Orada cibinə narkotik qoyulub. Oruc olan Hacı Ramin birinci dəfə narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq təkrar olaraq həmin narkotiki cibinə zorla qoyaraq, sənədləşdiriblər. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirilib. Mən baxışın sonuna çatdım. Raminin evinə bir ədəd tapança, 2 ədəd f-1 qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı”.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!