12 Avqust, 2011
Yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatları tətbiq olunacaq

Fazil Məmmədov əmr imzaladı

"Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında" Nazirlər Kabinetinin 11 iyul 2011-ci il tarixli 111 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədi ilə Vergilər naziri Fazil Məmmədov müvafiq əmr imzalanıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumta görə, əmrdə 2012-ci il yanvarın 1-dək hazırda Azərbaycan ərazisindəki yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən Dövlət Reyestrinə daxil edilib, xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən yeni nəzarət-kassa aparatları ilə əvəz olunması və onların qeydiyyata alınması ilə bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yeni nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar görüləcək tədbirlərin cədvəli təsdiqlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!