12 Avqust, 2011
Şeyx məmurlar üçün iftar süfrəsi açacaq

Oqtay Əsədov və Ramiz Mehdiyev də orada olacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə bu axşam iqamətgahında iftar süfrəsi açacaq. Bunu Simsar.az-a QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, iftar mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. İftar mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət nümayəndələri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, dini icmaların rəhbərləri, Milli Məclisin deputatları də dəvət olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!