12 Avqust, 2011
Neft bahalaşır

Qara qızılın bareli 85,72 dollara qalxıb

Avqustun 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,83 dollar və ya 3,4% artaraq 1 barelə görə 85,72 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, avqustun 11-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,34 dollar və ya 1,3% artaraq 108,02 dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!