12 Avqust, 2011
Bu gün müəllimlər imtahan verəcək

Kimya fənni üzrə 141 boş yer var

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, imtahan Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9.00-da başlayan imtahan axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.

Qeyd edək ki, hazırda ölkədə kimya müəllimliyi ixtisası üzrə 141 vakant yer var. Vakant yerlərdən 7-si Bakı şəhəri üzrə, 134-ü isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 338 nəfər ərizə verib.

Daha sonra isə tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!