12 Avqust, 2011
QIZILIN QİYMƏTİ 1800 DOLLARA ÇATIB

Qızılın qiyməti tarixi həddə çatıb

Bu gün Asiya birjalarında “qiymətli metal”ın unsiyasının qiyməti ilk dəfə olaraq 1800 dollar həddini aşa bilib. 

Üç satış sessiyası müddətində qızıl 100 dollar bahalaşıb. Bundan öncə isə qızılın maksimum qiyməti avqustun 8-də qeyd alınmışdı. Həmin vaxt qızılın unsiyası 1700 dollar olmuşdu. 1600 dollar həddi isə iyulun ortalarında qeydə alınmışdı.

Qeyd edək ki, birjalarda qızılın bahalaşmasına ABŞ-ın ilk dəfə olaraq kredit reytiniqinin düşməsi səbəb olub. Standart & Poor's agentliyi Birləşmiş Ştatların kredit reytinqini AАА-dan “AА+”ə endirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!