11 Avqust, 2011
ƏRDOĞAN AİLƏSİ İLƏ BİRLİKDƏ SOMALİYƏ GEDİR

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ailəsi ilə birlikdə Somaliyə gedir.

Ərdoğan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ailəsi ilə birlikdə Somaliyə səfər edəcəyini deyib.



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edərkən Somalidə hökm sürən quraqlıq və aclıqdan danışıb.Ərdoğan aclığın tüğyan etdiyini Afrika burnundakı hadisələrə biganə qalan ölkələri və beynəlxalq təşkilatları tənqid edib.

Ərdoğan deyib ki, Afrikada aclıqdan əziyyət çəkənlərə yardım etmək insanlıq borcudur: “Afrikanın bütün təbii sərvətlərini talayanlar, vicdanlarını susduraraq sakit bir tərzdə baş verən faciyəni seyr edirlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!